BAKI, 28 iyun. TELEQRAF

İranı məğlub etdikdən sonra növbədə Qətər və Türkiyədir.

Teleqraf xəbər verir ki, bu sözləri İsrailin “i24” telekanalına canlı yayımda qonaq olan Yaxın Şərq üzrə israilli ekspert Yoni Ben Menahem deyib.

Türkiyəni açıq şəkildə hədələyən ekspert İsrailin əvvəlcə Qətər, sonra Türkiyə ilə döyüşəcəyini iddia edib.

“İranı məğlub etdikdən sonra onlarla məşğul olacağıq. İlk növbədə Qətər var. Onların 7 oktyabrda etdiklərinin qisasını almalıyıq. Buna göz yummaq olmaz. Ardınca diqqətimizi Türkiyəyə yönəldə bilərik. Çünki İranın zəifləməsi, şiə rejiminin süqutu, “Müsəlman Qardaşlığı”nı daha da gücləndirəcək".

Yoni Ben Menahem hesab edir ki, Türkiyənin böyük ordusu olan böyük dövlətdir, onunla müharibə elə də sadə şey deyil.