BAKI, 26 iyun. TELEQRAF

İran Konstitusiya Mühafizəçiləri Şurası Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığın dayandırılmasını tələb edən qanun layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

"Hökumətdən AEBA ilə əməkdaşlığı dayandırmasını tələb edən qanun layihəsi, Konstitusiya Mühafizəçiləri Şurasının üzvləri arasında aparılan məsləhətləşmələrdən sonra təsdiqlənib",- məlumatda deyilir.