BAKI, 25 iyun. TELEQRAF
İran parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İclasda iştirak edən 223 deputatdan 221-i qanun layihəsinin lehinə səs verib, bir deputat bitərəf qalıb, əleyhinə isə heç bir səs qeydə alınmayıb.
Qanunun icrası üçün son mərhələdə İranın Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi tələb olunur.
Sözügedən qanun layihəsi AEBA-nın son fəaliyyətləri və ABŞ ilə İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hərbi hücumlara reaksiyası fonunda hazırlanıb. Layihədə AEBA-nın fəaliyyətində peşəkarlığın və qərəzsizliyin təmin olunacağına dair konkret və etibarlı təminatlar verilmədiyi təqdirdə, Tehran hökumətinin agentliklə əməkdaşlığı tam şəkildə dayandırması nəzərdə tutulur.