BAKI, 25 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin iyunun 23-də həyata keçirdiyi son hücumlardan sonra İranın Fordo nüvə obyektinin xarici strukturuna və əraziyə giriş yoluna ciddi ziyan dəyib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

KİV obyektin peykdən çəkilmiş fotolarını da yayımlayıb:

Natanz nüvə obyekti

ABŞ-nin iyunun 22-də həyata keçirdiyi hücumdan sonra çəkilmiş fotoşəkil yeraltı obyektin üstündəki krateri göstərir.

KİV bildirir ki, İranın aidiyyəti qurumları kraterin üzərini örtməyə çalışırlar.

İsfahan nüvə obyekti

Yeraltı tunellərin girişlərinə ciddi ziyan dəyib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.