BAKI, 24 iyun. TELEQRAF

İsrail ordusunun iyunun 23-də İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) Elborz vilayətindəki qərargahına hücumu nəticəsində bir sıra yüksək rütbəli zabitlər, o cümlədən SEPAH-ın briqada komandiri (general-leytenant) məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Xatırladaq ki, İsrail ordusu dünən Tehranı da hədəfə alıb. Hücumlar zamanı paytaxtda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic Qərargahı, siyasi məhbuslar və rejim əleyhdarlarının saxlanıldığı Evin həbsxanası, “Fələstin” meydanında qoyulmuş “İsrailin dağılmasına qalan zaman saatı”, Daxili Təhlükəsizlik Xidmətinin Qərargahı, SEPAH-ın Baş İdarəsi və digər qurumların binaları vurulub.