BAKI, 24 iyun. TELEQRAF

“Nüvə proqramını bərpa etmək üçün əvvəldən hazırlıqlıyıq”.

Teleqraf xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının direktoru Məhəmməd Eslami deyib.

“Biz nüvə proqramını bərpa etmək üçün əvvəldən tədbirlər görmüşük. Hazırda dəyən ziyanı qiymətləndiririk”, - qurum rəhbəri bildirib.

Eslami qeyd edib ki, plan istehsal prosesi və xidmətlərdə fasilələrin qarşısını almaqdır.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.