BAKI, 23 iyun. TELEQRAF
İran yaxın iki gündə ABŞ-nin nüvə obyektlərinə hücumuna cavab verəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
“ABŞ yaxın iki gündə İranın nüvə obyektlərinə hücumuna cavab verəcəyini gözləyir”, - agentliyin mənbəsi deyib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.
İsrail İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində iyunun 13-dən İrana gündəlik zərbələr endirir.