
BAKI, 23 iyun. TELEQRAF
“ABŞ-nin hücumu zamanı İranın Fordo nüvə obyektinə ciddi ziyan dəyib”.
Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi deyib.
“Fordo nüvə obyektinə ciddi ziyanının dəydiyi təxmin olunur”, - AEBA rəhbəri bildirib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.
İsrail İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində iyunun 13-dən İrana gündəlik zərbələr endirir.