
BAKI, 23 iyun. TELEQRAF
İranın Fordo nüvə obyektinə yenidən hücum olub.
Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
“Düşmən (İsrail nəzərdə tutulur - red.) Fordo nüvə sahəsinə yenidən hücum edib. İranın Atom Enerjisi Təşkilatının verdiyi məlumata görə, dinc əhali üçün heç bir təhlükə yoxdur”, - KİV bildirib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.
İsrail İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində iyunun 13-dən İrana gündəlik zərbələr endirir.