BAKI, 19 iyun. TELEQRAF

ABŞ “Hizbullah” Hərəkatına İsrail-İran münaqişəsinə qoşulmamaq və ya Tehrana yardım etməmək barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Livanın paytaxtı Beyruta səfər edən ABŞ hökumətinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak “Hizbullah”a münaqişəyə qoşulmamaq barədə xəbərdarlıq edib.

“Bu, çox pis qərar olardı”, - ABŞ rəsmisi vurğulayıb.