BAKI, 18 iyun. TELEQRAF

“İran və İsrail arasında mövcud vəziyyət kirtikdir”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin məlumat verib.

“Vəziyyət kirtikdir”, - Narışkin bildirib.

SVR direktoru əlavə edib ki, Rusiya mövcud vəziyyətlə bağlı həm İran, həm də İsrailin müvafiq kəşfiyyat xidmətlərinin nümayəndələri ilə təmasdadır.

“Münaqişənin hər iki tərəfinin nümayəndələri - həm İranın, həm də İsrailin müvafiq xüsusi kəşfiyyat xidmətlərinin nümayəndələri ilə əlaqə saxlayırıq”, - Narışkin qeyd edib.