BAKI, 18 iyun. TELEQRAF
“İsrailin hava hücumlarından sonra İranın nüvə obyektlərində vəziyyət yaxşıdır”.
Teleqraf xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının direktoru Məhəmməd Eslami deyib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də başladığı və hazırda davam edən hücumlar zamanı İranın Natanz və Fordo yeraltı nüvə obyektlərinə zərbələr endirib. Əməliyyatlar çərçivəsində İsfahan vilayəti və digər bölgələrdəki obyektlər də hədəfə alınıb.