BAKI, 17 iyun. TELEQRAF
İranın Natanz nüvə obyekti İsrail Hərbi Hava Qüvvələrinin hücumu zamanı zədələnib.
Teleqraf xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat yayıb.
“Natanzdakı yeraltı uranın zənginləşdirilməsi obyektində birbaşa zərəri göstərən əlavə tapıntılar təsbit etmişik. Fordo və İsfahandakı digər nüvə obyektləri ilə bağlı bundan əvvəl dərc etdiyimiz hesabatlarda yer alan fikirlərimizdə isə heç bir dəyişiklik yoxdur”, - AEBA bildirib.