BAKI, 17 iyun. TELEQRAF

“İsrail Ordusu İranın Fordo nüvə obyekti ilə bağlı məsələni də həll edəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats deyib.

“Fordo mütləq həll olunacaq məsələlər sırasındadır”, - müdafiə naziri bildirib.

Xatırladaq ki, Fordo İranın ən güclü şəkildə möhkəmləndirilmiş yeraltı nüvə obyektidir. Obyekt uranın zənginləşdirilməsində əsas rol oynayır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) son hesabatına görə, burada nüvə silahı əldə edilə biləcək həddə (90 faiz) uran zənginləşdirilə bilər.