BAKI, 17 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana sülh danışıqları aparmaq təklifi ilə müraciət etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
“Mən sülh danışıqları üçün heç bir şəkildə və ya formada İrana müraciət etməmişəm, bu, yalan xəbərdir. Danışmaq istəsələr, məni harada tapacaqlarını bilirlər. Onlar masanın üstündə olan sazişi götürməli və (imzalayaraq) çoxlarının həyatını xilas etməli idilər”, - Tramp qeyd edib.