BAKI, 29 may. TELEQRAF

"Əgər İsrail hər hansı səhvə yol verərsə, İran onu cəhənnəmin qapılarına qədər aparacaq".

Teleqraf xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı general-mayor Hüseyn Salami deyib.

SEPAH nümayəndələri ilə görüşdə general-mayor İsrailin İrana qarşı hərbi əməliyyatlarla bağlı ritorikasını rədd edib.

O həmçinin ABŞ-yə xəbərdarlıq edərək, İslam Respublikasının istənilən ssenariyə hazır olduğunu bildirib.

“İran heç vaxt başqalarının siyasi iradəsinə boyun əyməyəcək”, - komandan söyləyib.

"Barmaqlarımız tətikdədir. Biz pusquda gözləyirik. Əgər onlar yanlış addım atarlarsa, elə sürətli cavab verəcəyik ki, keçmişlərini unudacaqlar", - general-mayor Salami xəbərdarlıq edib.

İranın müdafiəyə hazır olduğunu vurğulayan komandan bildirib ki, ölkəsi dünyanın ən böyük güclərinə müqavimət göstərmək üçün kifayət qədər qüdrətlidir.