BAKI, 27 may. TELEQRAF

Suriyanın Latakiya şəhərinin yaxınlığında yerləşən Maşkita kəndinə naməlum silahlı şəxslərin hücumu nəticəsində azı beş nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Sham TV” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində daha üç mülki şəxs yaralanıb.

Qeyd edək ki, Maşkita kəndində əsasən ələvilər - keçmiş Suriya lideri Bəşər Əsədin ailəsinin mənsub olduğu dini azlıq nümayəndələri məskunlaşıb.