BAKI, 24 may. TELEQRAF

Ötən ilin dekabrda devrilmiş Suriya prezidenti Bəşər Əsədin kəşfiyyat və təhlükəsizlik xidmətləri tərəfindən 8 milyondan çox ölkə vətəndaşı axtarışa verilib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba məlumat verib.

Baba Dəməşqdə keçirdiyi mətbuat konfransında keçmiş rejim tərəfindən siyasi səbəblərlə axtarılan insanların sayının 8 milyonu ötdüyünü söyləyərək əlavə edib:

“Söhbət keçmiş rejimin repressiv kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən qeydiyyata alınan və axtarışda olan Suriya xalqının təxminən üçdə birindən gedir”.