BAKI, 17 may. TELEQRAF
İsrail ordusu Qəzza sektoruna hərbi əməliyyatın miqyasını genişləndirməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.
"Son gün ərzində İsrail Müdafiə Qüvvələri Qəzza sektorunda operativ nəzarəti təmin etmək üçün kütləvi zərbələr endirməyə və qoşunları səfərbər etməyə başlayıb. Bu, əməliyyatların genişləndirilməsi və girovların azad edilməsi, eləcə də HƏMAS terror təşkilatının ləğv edilməsi də daxil olmaqla, müharibənin məqsədlərinə nail olmaq üçün hazırlıq çərçivəsində həyata keçirilir", - bəyanatda deyilir.
"İsrail Müdafiə Qüvvələrinin qoşunları İsrailin mülki əhalisini qorumaq və müharibənin məqsədlərinə nail olmaq üçün fəaliyyətini davam etdirəcək", - mətbuat xidmətindən bildirilib.