BAKI, 30 aprel. TELEQRAF
İranda İsrailin xeyrinə casusluqda və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitinin qətlində əsas rol oynamaqda ittiham olunan şəxs edam edilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Mizan” agentliyi məlumat yayıb.
Möhsün Lanqarnişin adlı müttəhim bir neçə işdə, o cümlədən 2022-ci ildə SEPAH polkovnikinin qətlində iştirakda ittiham olunub.
“Mizan”ın iddiasına görə, Möhsün Lanqarnişin 2020-ci ildə işə götürülüb, təlim keçdikdən sonra iki ildən çox İsrail kəşfiyyat agentliyi (Mossad) ilə işləyib. Lanqarnişin bu gün səhər tezdən edam edilib.
Dövlət mediası Lanqarnişinin ona qarşı irəli sürülən ittihamları etiraf etdiyini yazıb.