BAKI, 25 aprel. TELEQRAF
Üçüncü ABŞ-İran görüşü sabah Omanda baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib.
“Danışıqların növbəti raundu şənbə günü Omanda baş tutacaq. Bu, iki ölkənin texniki qruplarının ilk görüşü olacaq”, - Amerika rəsmisi bildirib.
ABŞ tərəfində danışıqların texniki hissəsini Dövlət Departamentinin şöbə rəhbəri Maykl Anton aparacaq. Görüşdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak edəcək.
Xatırladaq ki, bundan əvvəlki iki görüşün birincisi Omanda, ikincisi İtaliyada keçirilmişdi.