BAKI, 24 aprel. TELEQRAF

İranın Livandakı səfiri Müctəba Əmani Xarici İşlər Nazirliyinə (XİN) çağırılsa da, ora getməyib.

Teleqraf xəbər verir ki, bu barədə səfirin özü məlumat verib.

“Livanın Xarici İşlər Nazirliyindən çağırış aldım, amma iş qrafikim çox olduğundan gedə bilmədim. Çağırışa səbəb müqavimət silahları (“Hizbullah”ın tərksilah edilməsi – red.) mövzusunda yazdığım tvitlər olub”, - Əmani "X" hesabında yazıb.

Xatırladaq ki, Livan hökuməti İranın Yaxın Şərqdəki ən böyük proksi qüvvəsi “Hizbullah”ı tərksilah etməyə çalışır. Ölkə Prezidenti Cozef Aun hərəkatın silahları təhvil verməyə razı olduğunu açıqlamışdı.