BAKI, 24 aprel. TELEQRAF

Suriyanın yeni hökuməti yanvarda Rusiya rəhbərliyindən devrilmiş prezident Bəşər Əsədin ekstradisiyasını xahiş etsə də, Kreml bundan imtina edib.

Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa deyib.

Rədd cavabına baxmayaraq, Şaraa vurğulayıb ki, Suriya administrasiyası Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil. O xatırladıb ki, Suriyanın silahlarının böyük hissəsi Rusiyadan alınıb və ölkə Rusiyanın ərzaq və enerji təchizatından çox asılıdır.

“Suriyanın bu əsas maraqlarını nəzərə almağa borcluyuq”, - Şaraa qeyd edib.