BAKI, 7 aprel. TELEQRAF

Rusiya hakimiyyəti Suriya Prezidenti Əhməd Şaraanın xahişindən sonra onun sələfi Bəşər Əsədin Dəməşqə təhvil verilməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İordaniyanın “Rai-al-Youm” qəzeti məlumat yayıb.

Rusiyanın İraqdakı səfiri Alperus Kotraşev məsələ ilə əlaqədar deyib:

“Bəşər Əsəd və ailəsinə sığınacaq Rusiya Prezidenti Vladimir Putinin birbaşa göstərişi əsasında verilib və bununla bağlı qərar dəyişməyəcək”.

Məlumata görə, Şaraa fevral ayında Rusiyadan keçmiş rejim liderini təhvil verməsini istəmişdi.

Xatırladaq ki, Bəşər Əsəd ötən il dekabrın 8-də hakimiyyət çevrilişindən sonra Dəməşqdən qaçıb. O, paytaxtdan Rusiyanın Xmeymimdəki aviabazasına, oradan da Moskvaya uçub.