BAKI, 17 mart. TELEQRAF

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı beynəlxalq sanksiyaları ləğv etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas deyib.

“Aİ Suriya hakimiyyətindən qan tökülməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyir. Aİ də sanksiyaların ləğvi istiqamətində davam etmək istəyir, çünki insanlar üçün ümid olanda ölkədə xaos daha az olur. İnsanlar əsas xidmətlərdən, xüsusən də bankçılıqdan istifadə etməlidirlər. Bunu müzakirə edəcəyik, hələlik sanksiyaların ləğvi istiqamətində irəliləməyə davam edirik”, - Kallas bildirib.

Xatırladaq ki, martın 10-da Latakiya, Tartus, Həma və Homs vilayətlərində keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə Suriyanın hökumət qüvvələri arasında toqquşma baş verib. Toqquşmalar nəticəsində 973 nəfər mülki insan həlak olub.