BAKI, 15 mart. TELEQRAF

Suriyada baş verən döyüşlər nəticəsində həlak olan mülki vətəndaşların sayı 1500-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriya televiziyası "Sham TV" məlumat yayıb.

Suriya keçid hökumətinin qüvvələri ilə keçmiş prezident Bəşar Əsədin tərəfdarları arasında Latakiya, Tartus və digər bölgələrdə baş verən döyüşlər nəticəsində ən azı 1500 mülki vətəndaş həlak olub.

Ən çox itki Latakiya vilayətində qeydə alınıb, burada döyüşlərdə ən azı 745 mülki şəxs həyatını itirib.