BAKI, 10 mart. TELEQRAF

Suriyanın yeni hökumətinin təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsədin tərəfdarlarının Dəməşqdəki yoxlama məntəqəsinə hücumunun qarşısını alıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

"Daxili təhlükəsizlik idarəsinin əməkdaşları keçmiş rejimin nümayəndələrinin Dəməşqin Məzze bölgəsindəki nəzarət-buraxılış məntəqəsinə hücumunu dəf ediblər", - məlumatda deyilir.

Qeyd edək ki, martın 6-da Suriyanın Latakiya, Tartus və bir sıra digər bölgələrində təhlükəsizlik qüvvələri ilə şiələr arasında qarşıdurmalar başlayıb.