Bakı-Qazax yolunda üç avtomobilin toqquşması ilə baş verən qəzada 5 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Hələlik ölən və yaralıların kimliyi məlum deyil.

Hadisə şahidləri deyir ki, yaralılar arasında jurnalistlər də olub.

Baş vermiş qəza zamanı ölənlərdən 3 nəfərin və yaralananların kimliyi bəlli olub. Bunlar - 8 yaşlı Ağstafa sakini Dərzi Dərziyev, Gürcüstan vətəndaşları 30 yaşlı Fəqanə Quliyeva və 46 yaşlı Rahilə Əsgərovadır.

Yaralılar isə 26 yaşlı Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı Bakı sakini Anar Rəhimov (TTV-nin əməkdaşı)./trend/