BAKI, 26 yanvar. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində, Göygöl rayon sakini, 37 yaşlı Rəşad Əmrahovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, keçirilən əməliyyatla 26 yaşlı, Samux rayon sakini Taleh Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.