BAKI, 26 yanvar. TELEQRAF
Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf xəbər verir ki, yanvarın 25-də 1980-ci il təvəllüdlü Mənsimov Fizuli Hilal oğlu idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada — 1981-ci il təvəllüdlü İsgəndərov Hikmət Qəhrəman oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.