BEYLƏQAN, 6 dekabr. TELEQRAF

Beyləqanda baş verən avtomobil qəzası zamanı yaralananların müalicəsi davam edir.

Bu barədə Teleqraf-a Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd edilib ki, 06.12.2025-ci il tarixdə saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

****

21:16

Beyləqanda baş verən avtomobil qəzası zamanı ölən və yaralananların kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Məmmədov Nizami Zahid oğlu həyatın itirib.

Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu ağır xəsarət alıb.

Yaralılar Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

****

20:22

Beyləqanda avtomobil aşıb ölən və yaralılar var.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol- nəqliyyat hadisəsi rayon ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı 1 nəfərin öldüyü, 2-nin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.