BEYLƏQAN, 5 dekabr. TELEQRAF

Dünən saat 23:00 radələrində Beyləqan rayonunda 2024-cü il təvəllüdlü azyaşlı (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən ölü vəziyyətdə gətirilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

***

09:58

Beyləqanda 1 yaşlı uşaq ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Beyləqan rayon Əlinəzərli kənd sakini 2024-cü il təvəllüdlü Allahverdiyev Uğur Nicat oğlunun vəziyyəti pisləşib.

Ailəsi azyaşlı U.Allahverdiyevi Beyləqan Rayon Mərkəzi Xəstəxanasına apararkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.