GORANBOY, 4 dekabr. TELEQRAF
Goranboyda yol qəzası baş verib, yaralananlar var.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Goran qəsəbəsi ərazisində baş verib.
İlkin məlumata görə, "VAZ və "Mercedes" markalı maşınların toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan yaralılar- 2001-ci il təvəllüdlü Qənifə Bayramova, 1959-cu il təvəllüdlü Nailə Bayramova və 1971-ci il təvəllüdlü Nofəl İsmayılov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.