GƏNCƏ, 5 dekabr. TELEQRAF
Ötən gün Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı saxlanılan var.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.İsmayılovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı A. Mahmudov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
****
GƏNCƏ, 4 dekabr. TELEQRAF- 22:11
Gəncədə ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
44 yaşlı Aysu İsmayılova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat olunub.
İlkin məlumata görə, A.İsmayılova əri tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma başlanılıb.