GƏNCƏ, 5 dekabr. TELEQRAF
Ötən gün Gəncədə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Y. Dövlətiyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı P. Verdiyev saxlanılıb.
Araşdırmalar davam etdirilir
*****
GƏNCƏ, 4 dekabr. TELEQRAF
20.29
Gəncədə 17 yaşlı gənc bıçaqlanıb və aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2008-ci il təvəllüdlü Yaşar Dövləti xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.