GƏNCƏ, 27 noyabr. TELEQRAF
Gəncədə 22 yaşlı şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü Ülvü Məmmədov bud və qulaq nahiyyələrinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
22 yaşlı şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. Hadisənin hansı şəraitdə və necə baş verməsi ardırılır.