MİNGƏÇEVİR, 26 noyabr. TELEQRAF

Mingəçevirdə 34 yaşlı piyadanı avtomobil vurub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

“Hyundai” markalı avtomobil piyada, 34 yaşlı Tükəz Həsənovanı vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.