AĞDAM, 24 noyabr. TELEQRAF

Ağdamda bıçaqlanma hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-ın Qarabağ bürosuna bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı T.Baxşəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla baǧlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

21:00

Ağdamda baş verən bıçaqlanma ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, məlumatda deyilir.

24.11.2025-ci il tarixində saat 18:00 radələrində 1 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1961-ci il təvəllüdlü şəxsə qarın divarının ön səthinin açıq yarası diaqnozu təyin olunub və cərrahi əməliyyata götürülüb.

Pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

***

19:24

Ağdamda həmyerlilər arasında başlayan mübahisə qanla nəticələnib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonunun Zəngişalı kəndində baş verən hadisə zamanı Baxşəliyev Teymur Həsən oğlu həmyerlisi Cabbarov Sahib Camal oğlu ilə mübahisə edib.T.Baxşəliyev mübahisə zamanı S.Cabbarova bıçaq xəsarəti yetirib.

Yaralı S.Cabbarov Bərdə Diaqnostika Mərkəzinə göndərilib

Faktla bağlı araşdırma aparılır.