BAKI, 20 noyabr. TELEQRAF
Xəzər rayonu, Qala qəsəbəsində taksi sürücüləri arasında dayanacaq üstündə mübahisə davaya çevrilib.
Teleqraf xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Polad digər sürücü Nəsiminin avtomobilini həmişə özünün maşın saxladığı yerdə saxlamasını bəhanə edərək onunla mübahisə edib.
Zərərçəkmiş dayanma vəziyyətini mobil telefonla qeydə almaq istəyəndə Polad onu nalayiq ifadələrlə təhqir edib, ictimai qaydanı açıq şəkildə pozaraq ətrafda olanların gözü qarşısında yumruqla başına, təpiklə isə xaya nahiyyəsinə zərbələr endirib.
Zərərçəkmiş şəxsdə təpə nahiyyəsinin hematoması, ağrı sindromu və hər iki xayalığın yumşaq toxumalarının əzilməsi ilə sağlamlığın qısa müddətə pozulması müəyyən edilib.
Məhkəmədə məlum olub ki, tərəflər arasında barışıq əldə olunmayıb.
1969-cu il təvəllüdlü Polad Əliyevi xuliqanlıq maddəsi ilə təqsirli bilinərək Xəzər rayon Məhkəməsinin hökmü ilə 8 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.