BAKI, 19 noyabr. TELEQRAF
Yevlax şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə noyabrın 16-da şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı baş verib.
1977-ci il təvəllüdlü Musayev İlkin Ayar oğlu əlindəki bıçaqla Yevlax sakini, 1983-cü il təvəllüdlü İsrəfilov Elnur Arif oğluna bir neçə zərbə vurub.
Nəticədə Elnur İsrəfilov ağır xəsarətlər alıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.