BAKI, 18 noyabr. TELEQRAF
44 yaşlı şəxs polisin qanuni tələbinə tabe olmadığı üçün inzibati qaydada həbs edilib.
Teleqraf xəbər verir ki, narkotik vasitə istifadəçisi olduğu bildirilən M.Məmmədov polis əməkdaşlarının qanuni əmrinə tabe olmadığı üçün məhkəmə qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Məlumata görə, M.Məmmədovun ailə üzvləri ondan rəsmi qaydada şikayət ediblər. Şikayətdə qeyd olunub ki, o, narkotik vasitə əldə etmək məqsədilə evdə mütəmadi dava-dalaş salıb, valideynlərindən pul tələb edib və bu məqsədlə evdəki əşyaları satıb. Faktı onun qardaşı da təsdiqləyib.
Ailənin müraciətindən sonra polis əməkdaşları Məmmədovların evinə gəlib. M.Məmmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq müqavimət göstərib.