GƏNCƏ, 18 noyabr. TELEQRAF

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü Tural İsmayılov bıçaq yarası ilə xəstəxanalardan birinə çatdırılıb.

O, əməliyyat olunub, vəziyyəti kafidir. İlkin məlumata görə, onu qonşusu bıçaqlayıb.

Faktla bağlı araşdırma başlanılıb.