BAKI, 17 noyabr. TELEQRAF
Amerikalı repçi, "6ix9ine" ləqəbi ilə tanınan Daniyel Ernandesin evinə quldurlar basqın edib.
Teleqraf xəbər verir ki, naməlum şəxslər odlu silahlarla repçinin evinə daxil olaraq 60 yaşlı anasını girov götürüblər.
Repçi bildirib ki, hadisə zamanı evdə olmayıb.
Polisin məlumatına əsasən, quldurlardan ikisi repçinin anasını çöldə saxlayıb, digər iki nəfər isə evi axtarıb. Onlar nağd pul və avtomobilin açarlarını tələb ediblər. Quldurlar polis gələnə qədər hadisə yerindən qaçıblar.
Hazırda hüquq-mühafizə orqanları şübhəlilərin axtarışını aparır.