BAKI, 16 noyabr. TELEQRAF

Bakının Səbail rayonunda yerləşən “Mado” restoranında müştərinin çantası oğurlanıb.

Teleqraf-ın məlumatına görə, cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb.

Hadisə bu ilin fevralında baş verib. Belə ki, İ.Məmmədov restoranın teras hissəsində N.Quliyeva aid “Louis Vuitton” markalı əl çantasını oğurlayıb. Çantanın içərisində bank kartları və 1000 manata yaxın pul, eləcə də digər qiymətli əşyalar olub.

Zərərçəkmiş qadın oğurluq edən şəxsi bağışla da, hakim Azər Tağıyev İ.Məmmədovu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, İ.Məmmədov daha öncə başqa bir cinayətə görə elektron qolbağa məhkum edilmişdi.