BAKI, 15 noyabr. TELEQRAF
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “BMW” markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb.
DİN-in mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.
Müayinə zamanı İ.Qarayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Qarayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.ofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.