Yarım milyon matandan çox pul məniməməkdə ittiham olunan politoloq Cəbrail Fərzəliyevun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hazırlıq iclası yanvarın 31-nə təyin olunub.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fərid Namazovun icraatında araşdırılacaq.
İttihama görə, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, Cəbrail Fərzəliyev Gənclər Birliyinin də üzvü olub. O, həmçinin politoloq kimi fəaliyyət göstərib.
2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.