Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov qətl törədib.

Teleqraf.com xəbər verir ki, 1984-cü il təvəllüdlü meyxanaçı qonşusu olan İsgəndər adlı şəxsi bıçaqla öldürüb.

Hadisə Qaradağ rayonu ərazisində baş verib.

Bildirilir ki, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev həbsxanadan yeni azadlığa çıxıbmış.

Hadisəyə səbəb İsgəndərin Rəşad Dağlının ünvanlna söyüş söyməsi olub.

Meyxanaçı məsələyə aydınlıq gətirmək üçün qonşusunu görüşə çağırıb. Mübahisə qətl ilə yekunlaşıb.

R.Əmirov saxlanılıb.