Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Bəxtiyar Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Bəxtiyar Yusifov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bəxtiyar Yusifov zərəçəkmiş Cavid Mehralıyevdən qardaşı Yaşar Mehralıyevi prokurorluq orqanında texniki işçi kimi işə düzəltdirəcəyi vədini verib.
O, buna görə ondan ümumilikdə 59 min manat pul alıb.
Bundan başqa, Bəxtiyar Yusifov Yaşar Mehralıyevin hərbi biletində yararsız qeydinin yararlı qeydi ilə əvəz etdirəcəyi və Xətai rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəltdirmək vədini verib. O, buna görə həmin şəxsin ümumilikdə 81 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bəxtiyar Yusifov həmin şəxslərə özünü Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun xalası oğlu kimi təqdim edib.