Qəbələ rayonunda qətl hadisəsi törədən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a bildirilib ki, Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

14:40

Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.

Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.

Məlumata görə, meyiti tapılan qadın 1999-cu il təvəllüdlü Aytac Əliyevadır.
Gənc qadının həyat yoldaşı tərəfindən öldürüldüyü ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.