Oğuz rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayonun Xaçmaz kənd sakini Natiq Abidov idarə etdiyi “Land Cruiser” markalı avtomobili ilə Xaçmaz kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb.
Qəza nəticəsində Natiq Abidov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, sürücünün anası Raqibə Abidova isə yüngül bədən xəsarətləri alıb.
Hacı Zeynalov